Zəfər Gününün beşinci ildönümü Azərbaycanın xaricdəki nümayəndəliklərində qeyd edildi - FOTO


  • 16:43

Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə Azərbaycanın xarici ölkələrdəki nümayəndəlikləri və həmin ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarında tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, xarici ölkələrin səfirliklərinin əməkdaşları, diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri, Müdafiə nazirliklərinin mənsubları və digər qonaqların iştirak etdikləri tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyətindən, xalqımızın qəhrəmanlıq salnaməsindən, hərbçilərimizin göstərdikləri şücaətlərdən, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinin qorunması istiqamətində əldə etdiyi tarixi nailiyyətlərdən danışıblar.

Tədbirlər zamanı Vətən müharibəsinə həsr olunmuş sənədli filmlər və videoçarxlar nümayiş etdirilib.

Sonda təqdim olunan müxtəlif musiqi nömrələri və ədəbi-bədii kompozisiyalar iştirakçılar tərəfindən böyük maraqla izlənilib.

Oxşar xəbərlər