- 19:08
Niderland Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Kerolayn Ramakers noyabrın 13-14-də Azərbaycana səfər edəcək.
Bu barədə e-huquq.az-a Niderlandın Bakıdakı səfirliyindən məlumat verilib.
Səfəri çərçivəsində K.Ramekers ikitərəfli əməkdaşlığı və tərəfdaşlıq əlaqələrini gücləndirmək imkanlarını müzakirə etmək üçün Azərbaycanın biznes və dövlət qurumları nümayəndələri ilə görüşlər keçirəcək.
Bundan əlavə, o həmçinin regional proseslər və əməkdaşlıq barədə fikir mübadiləsi aparmaq üçün ADA Universitetinin tələbələri və müəllimləri ilə görüşəcək.