- 19:47
"Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi qələbəsinin 5-ci ildönümü münasibəti ilə Azərbaycan Prezidentini təbrik edirəm".
E-huquq.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif "X" platformasındakı paylaşımında qeyd edib.
"Azərbaycanın cəsarətini və birliyini nümayiş etdirən Bakının möhtəşəm Zəfər paradının şahidi olmaqdan şərəf duyuram. Bu paradda Pakistan Ordusunu görmək məni qürurlandırır"