Dövlət başçısı: Prezident Şavkat Mirziyoyev Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfələr verib


  • 11:30

Prezident Şavkat Mirziyoyev Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfələr verib.

E-huquq.az xəbər verir ki, bunu Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

“Qardaşım Preziden Şavkat Mirziyoyevin müdrik rəhbərliyi altında Özbəkistan inkişaf və yaradıcılıq yolu ilə inamla irəliləyir. Özbəkistan Prezidentinin beynəlxalq nüfuzu, effektiv iqtisadi islahatları, sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrində həyata keçirilən genişmiqyaslı layihələri Özbəkistanı regionda lider mövqeyə yüksəldib, Özbəkistan dünyanın aparıcı idman ölkələri arasındadır. Bu yaxınlarda keçirilən Yay Olimpiya Oyunları bunu əyani şəkildə nümayiş etdirdi. Şavkat Mirziyoyev təkcə müdrik dövlət xadimi deyil, həm də Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfələr vermiş bir insandır. O, konkret hərəkətlərinə və xalqımıza qarşı isti münasibətinə görə Azərbaycanda sevilir və hörmət edilir. Uzaqgörən siyasətçi olan Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında daha sıx əməkdaşlığa ehtiyac olduğunu aydın şəkildə görür. Bir daha hörmətli Şavkat Mirziyoyev, hər şeyə görə çox sağ olun”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Oxşar xəbərlər