Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilib.
E-huquq.az xəbər verir ki, iclasda Baş Nazir Əli Əsədovun videohesabatı dinlənilib.
Daha sonra hesabat deputatların müzakirəsinə çıxarılıb. Daha sonra hesabat səsverməyə çıxarılaraq qəbul edilib.
Deputatların hesabatla bağlı səsləndirdikləri rəy və təklifləri sistemləşdirilərək Milli Məclis tərəfindən Nazirlər Kabinetinə göndəriləcək.
***
11:23
Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilir.
E-huquq.az xəbər verir ki, iclasda Baş Nazir Əli Əsədovun videohesabatı dinlənilir.
Videohesabatdan sonra səsləndirilən rəy və təkliflər sistemləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.
***
11:11
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
E-huquq.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 6 məsələ daxil edilib.
İclasda yaşı 65-dən yuxarı olan deputatlar iştirak etmirlər.
Öncə Elman Sirac oğlu Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi məsələsinə baxılacaq.
Daha sonra isə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək.
Bundan əlavə, "Milli Məclis deputatının statusu haqqında", "Milli Məclisin Daxili Nizamnaməsi"nə, "Milli Məclisin komitələri haqqında" "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Orden və medallarının təsis edilməsi haqqında" qanunlarına dəyişiklik layihələri II oxunuş müzakirəyə çıxarılacaq.
