- 20:02
İtaliyaya rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin Parlamentinin Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşərək strateji tərəfdaşlıq barədə müzakirə aparıb.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlıq, siyasi dialoqun dinamik inkişafı müzakirə edilib və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Hər iki tərəf ümumi maraqların və regional sabitliyin təmin olunması üçün enerji, ticarət, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
C.Bayramov qarşı tərəfi post-münaqişə dövründə bölgədəki mövcud vəziyyət barədə məlumatlandırıb.