- 26 Noyabr 22:01
Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Ankarada Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci ilə görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının mövcud vəziyyəti, regional proseslər və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə olunub.