- 27 Noyabr 22:16
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri ilə görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə məlumatı Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşıb.
"Bu gün Brüsseldə biz Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri ilə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair əsaslı müzakirələr apardıq. Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronka minnətdaram.
Mən Komitəyə Azərbaycanın regionda irəli sürdüyü sülh gündəliyi, o cümlədən sülhün iqtisadi faydaları, Zəngəzur dəhlizinin inkişafı və etimad quruculuğu tədbirləri barədə məlumat verdim. Komitə üzvlərinə Aİ ilə əməkdaşlığımızı və tərəfdaşlığımızı gücləndirmək üçün gələcək addımları tam dəstəklədiklərini ifadə etdiklərinə görə təşəkkür edirəm", - H.Hacıyev yazıb.