Azərbaycan Prezidenti İlham Əliyev “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
E-huquq.az-ın xəbərinə görə, Azərbaycan Respublikası 2013-cü il noyabrın 7-də Banqkok şəhərində imzalanmış “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə müvafiq bəyanatla və qeyd-şərtlə qoşulub.
