İraqın rabitə naziri ikitərəfli sazişləri müzakirə etmək üçün Azərbaycana gəlib


  • 18:47

İraqın rabitə naziri, İraq-Azərbaycan birgə komissiyasının sədri Xəyyam Əl-Yəsri iki ölkə arasında imzalanmış sazişlərin və anlaşma memorandumlarının həyata keçirilməsinin gedişini müzakirə etmək üçün Azərbaycana rəsmi səfərə gəlib.

E-huquq.az xəbər verir ki, səfər iqtisadi və investisiya sahələrində strateji tərəfdaşlığın möhkəmləndirilməsinə, həmçinin rabitə və rəqəmsal inkişaf sahəsində əməkdaşlığın yeni imkanlarının öyrənilməsinə yönəlib.

İraqın Rabitə Nazirliyindən bildirilib ki, Əl-Yəsrinin səfəri Bağdadın Azərbaycanla iqtisadi və texnoloji tərəqqiyə töhfə verən birgə təşəbbüsləri təşviq etmək niyyətini nümayiş etdirir.

Oxşar xəbərlər