Ceyhun Bayramov norveçli həmkarını Cənubi Qafqazda yaranmış yeni reallıqlar barədə məlumatlandırıb


  • 19:36

Xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası iclası çərçivəsində Norveç xarici işlər naziri Espen Bart Eyde ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

Nazirlər iki ölkə arasında münasibətlərinin mövcud vəziyyətini nəzərdən keçirib, siyasi dialoqun və əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Nazir Bayramov həmkarına Cənubi Qafqazda yaranmış yeni regional reallıqlar barədə də məlumat verib.

Oxşar xəbərlər