- 14:20
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında Doha Forumu ilə bağlı paylaşım edib.
E-huquq.az xəbər verir ki, H.Hacıyev Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla müzakirələrinin videosunu paylaşıb.
Qeyd edək ki, dekabrın 6-da keçirilən müzakirələr zamanı sülhün iqtisadi faydaları, əlaqəlilik, etimad quruculuğu tədbirləri də daxil olmaqla Vaşinqton razılaşmasının icrası istiqamətində atılan addımlar müzakirə olunub.