- 20:07
Azərbaycan Prezidentinin Slovakiyaya bu səfəri ən yüksək səviyyədə bizim qarşılıqlı marağımızı təsdiq edir. Biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik.
E-huquq.az xəbər verir ki, bu sözləri Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
O qeyd edib: “Bizim ölkələrimiz dost ölkələrdir və münasibətlərimiz hər zaman yaxşı səviyyədə olub. Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir”.