- 20:26
Budapeştdə xarici işlər naziri Ceyhun Bayramov və Peter Siyartonun həmsədrliyi ilə Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü görüşü keçirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının mövcud yüksək səviyyəsini yüksək qiymətləndirib, dostluq və ortaq maraqlara əsaslanan, yüksək səviyyəli siyasi dialoqla dəstəklənən dinamik inkişafı nəzərdən keçiriblər.
Tərəflər ticarət, investisiyalar, energetika, nəqliyyat və logistika sahələrinə diqqət yönəldərək əməkdaşlığın yeni üfüqlərinin açılmasının vacibliyini vurğulayıblar.
Macarıstanın Azərbaycanın azad edilmiş ərazilərinin bərpası üzrə səylərdə, xüsusilə Cəbrayıl rayonunun Soltanlı kəndinin bərpasında iştirakına xüsusi diqqət yetirilib.
Azərbaycan Macarıstanın türk dünyasındakı fəal rolunu və BMT, ATƏT və digər beynəlxalq platformalarda sıx koordinasiyanı yüksək qiymətləndirir.
Görüşün sonunda tərəflər Macarıstan Energetika Nazirliyi ilə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, həmçinin Azərbaycan–Macarıstan Strateji Dialoqunun üçüncü görüşünün Protokolunu imzalayıblar.
***
18:58
Budapeştdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto arasında görüş keçirilir.
Bu barədə e-huquq.az-a XİN-dən bildirilib.
Qeyd edilib ki, görüş 3-cü Azərbaycan–Macarıstan Strateji Dialoq çərçivəsində baş tutur.
Xatırladaq ki, Ceyhun Bayramov Macarıstanda işgüzar səfərdədir.
