- 20:26
Ukrayna və Azərbaycan yenilənmiş biznes Şurasının onlayn iclasını keçirib.
E-huquq.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkə hesabında məlumat yayıb.
"Ukraynanın Ticarət və Sənaye Palatası və Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dekabrın 9-da yenilənmiş Ukrayna-Azərbaycan Biznes Şurasının birgə onlayn iclasını keçirib",- deyə o yazıb.
Diplomat tərəfdaşlara davamlı dəstəyinə görə təşəkkürünü bildirib və tərəflərin ticarət, investisiya, iqtisadi inkişaf üçün yeni imkanları birgə təşviq etdiyini vurğulayıb.