XİN başçısı: Heydər Əliyevin xidmətləri Azərbaycanın inkişafına istiqamət verən dəyərli irs kimi yaşayır


  • 00:57

Ulu Öndər Heydər Əliyevin müdrikliyi, milli maraqlara sarsılmaz sədaqəti və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi naminə gördüyü misilsiz xidmətlər tariximizdə silinməz iz qoyub və bu gün də Azərbaycanımızın inkişafına istiqamət verən dəyərli irs kimi yaşayır.

E-huquq.az xəbər verir ki, bu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ulu öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımda qeyd olunub.

"Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla və minnətdarlıqla anırıq. Allah rəhmət eləsin!" - nazir qeyd edib.

Oxşar xəbərlər