Azərbaycan və Niderland ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər


  • 15 Dekabr 21:14

Niderlandın xarici ticarət və inkişafın təşviqi üzrə dövlət katibi Aukye de Vries Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Aukje de Vries "X"də yazıb.

"Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyovla ticarət-iqtisadi əlaqələrimizin gücləndirilməsi, kənd təsərrüfatı sektorunda və dənizçilik sənayesində əməkdaşlıq perspektivləri barədə söhbət etdim. Biz həmçinin Cənubi Qafqazdakı geosiyasi hadisələri müzakirə etdik", – paylaşımda qeyd olunub.

Oxşar xəbərlər