Azərbaycan-İsrail iqtisadi əməkdaşlığının inkişafı müzakirə edildi - FOTO


  • 18:37

İsraillə iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarovla İsrailin Maliyyə Nazirliyində nazir, Birgə Komissiyanın həmsədri Zeev Elkinlə görüşündə müzakirə edilib.

Qeyd olunub ki, mövcud potensialdan səmərəli istifadə iki ölkə arasında iqtisadi tərəfdaşlığın daha da dərinləşməsinə, qarşılıqlı investisiyaların və ticarət dövriyyəsinin artırılmasına töhfə verə bilər.

Müzakirələr zamanı enerji, ticarət, investisiya, kənd təsərrüfatı, rəqəmsallaşma, innovasiya, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin təşviqi imkanları vurğulanıb. Tərəflər Azərbaycan–İsrail Birgə Komissiyasının 4-cü iclasında qeyd edilmiş prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Oxşar xəbərlər