- 13:17
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Monteneqronun Xarici İşlər Nazirliyi arasında Konsulluq məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, sənəd konsulluq sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsini və vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsini hədəfləyir.