- 14:19
Azərbaycan şirkətləri tərəfindən Monteneqroda bir milyard ABŞ dollarına qədər investisiya qoyulub.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, ticarət həcminin hazırkı səviyyəsi qaneedici deyil:
"Həmçinin turizm əməkdaşlığını müzakirə etdik. İki ölkənin paytaxtları arasında birbaşa uçuşlar barədə fikir mübadiləsi oldu".