- 14:19
Azərbaycan-Monteneqro əlaqələri dostluq münasibətlərinə söykənir
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan-Monteneqro əlaqələri iki ölkə və dost xalq arasında olan münasibətlərə söykənir:
"Biz müxtəlif sahələrdə onilliklərdir, əməkdaşlıq edirik. Cənab nazirin bu səfərini çox vaxtında edilmiş bir səfər kimi qiymətləndiririk. XİN-lərimiz arasında mütəmadi təmaslar mövcuddur. 2025-ci ildə iki ölkə arasında siyasi məsləhətləşmələr keçirilib. Həmçinin, bu gün konsulluq məsləhətləşmələrinin keçirilməsi barədə memorandum imzalandı. İki ölkə arasında ümumilikdə 22 sənəd mövcuddur".
Nazir, həmçinin hökumətlərarası komissiyanın işinin əhəmiyyətini vurğulayıb:
"Bu səbəblə cənab nazirin Azərbaycanın Maliyyə naziri Sahil Babayevlə də görüşü nəzərdə tutulub. Bu il hökumətlərarası komissiyanın iclası keçirilə bilər".