- 14:19
Azərbaycan və Monteneqro arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın böyük potensialı var.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, bu sahədə Azərbaycanın da daxil olduğu layihələr barədə fikir mübadiləsi aparılıb:
"Humanitar sahədə də böyük potensial var. Təhsil, mədəniyyət, idman bu istiqamətdə əsas sahələrdir. Tələbə mübadiləsi proqramlarımızdan Monteneqrodan olan tələbələr də faydalanıb. Bu baxımdan, həm tələbə, həm də universitetlər arasında akademik mübadilə barədə də müzakirə apardıq".