Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşdü


  • 17:25

Azərbaycanın Baş naziri Əli Əsədov Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan-Monteneqro münasibətlərinin bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə tərəfindən göstərilən qarşılıqlı dəstək vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Monteneqro arasında ticarət-iqtisadi, investisiyaların təşviqi, energetika, humanitar, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Oxşar xəbərlər