XİN başçısı: 907-ci düzəlişin tamamilə aradan qaldırılması üçün münbit şərait var


  • 16:13

907-ci düzəlişin tamamilə aradan qaldırılması üçün münbit şərait var.

E-huquq.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair hesabatının təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir deyib ki, Azərbaycan-ABŞ münasibətləri fonunda 2025-ci il çox müsbət və zəngin il olub:

"Vaşinqton görüşündə 907-ci düzəlişin dayandırılması barədə sənəd imzalanıb. Bu, mühüm addımdır. O sənədin qəbulu ölkəmizə qarşı ədalətsizlik idi və bu, əsassız addım olub. Azərbaycan 907-ci düzəlişin qüvvədə saxlanılmasını məntiqsiz sayır".

C.Bayramov bu kontekstdə ABŞ-dəki mürəkkəb hüquqi sistemin mövcudluğunu xatırladıb:

"Bildiyimə görə, 907-ci düzəlişinin tamamilə ləğvi ilə bağlı təşəbbüs irəli sürülüb. Güman edirik ki, buna nail olunacaq. Çünki bunun üçün hazırda münbit şərait var. Əgər düzəliş tamamilə aradan qaldırılarsa, bu, ABŞ-Azərbaycan münasibətlərinə, həmçinin regiondakı dəyişikliklərə çox yaxşı təsir edəcək".

Oxşar xəbərlər