- 19:19
Azərbaycandan rəsmi şəkildə üzrxahlıq etməyən şəxslər "qara siyahı"dan çıxarılmır.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
“Beynəlxalq praktikada da olub ki, hansısa rəsmi şəxslər qara siyahısında olduqları ölkədən üzr istəyərək bu siyahıdan çıxıblar. Azərbaycanda da bu praktika olub. Lakin son 30 ildə dövlətimizi təhdid edən və qeyri-dost bəyanatlar verən 2000-ə qədər şəxs "qara siyahı"ya salınıb. Rəsmi olaraq dövlətimizdən üzr istəməyən və günahını etiraf erməyən şəxslər bu siyahıdan çıxarılmır”, - nazir qeyd edib.