- 4 Yanvar 22:17
Prezident İlham Əliyev Donald Tramp tərəfindən "Azadlığa Dəstək Aktı"na düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirib.
E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edərkən bildirib.
Dövlətimizin başçısı "Azadlığa Dəstək Aktı"na ədalətsiz 907-ci düzəlişin ölkələrimiz arasında əlaqələrin bügünkü inkişafının mahiyyətinə uyğun olmadığını dedi. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğulayıb.