Vəkillər Kollegiyasının sədri prokurorluq orqanlarına namizədlərlə görüşdü - FOTO


  • 7 Yanvar 19:28

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq orqanlarına namizədlərlə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Kollegiyanın sədri paylaşıb edib.

"Bu gün Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində prokurorluğa namizədlərlə görüşümüz baş tutdu. Vəkillik sahəsində aparılan islahatlar və mövcud yeniliklər barədə fikirlərimi bölüşdüm. Nəticə ondan ibarətdir ki, vəkil də, prokuror da əslində eyni məqsədə, hədəfə xidmət edirlər: qanunun aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, ədalət mühakiməsində çəkişmə prinsipinin reallaşdırılması. Bu baxımdan prosessual müstəvidə opponent olan qurumlarımızın əməkdaşlığı birmənalı olaraq böyük əhəmiyyət kəsb edir. Görüş çərçivəsində ən xoş təəssürat yaradan məqamlardan biri də prokurorluğun yeni və müasir kompleksi ilə yaxından tanışlıq oldu. Vətən Müharibəsinə həsr olunmuş möhtəşəm muzey, kompleksdə fəaliyyət göstərən kriminalistika laboratoriyası, eləcə də gözoxşayan və yüksək komfortlu auditoriyalar ölkəmiz və məhkəmə-hüquq sistemimiz üçün qürurverici bir mənzərə yaratdı. Dəvətə, göstərilən diqqət və qayğıya görə başda hörmətli cənab Baş prokuror Kamran Əliyev olmaqla Azərbaycan Respublikasının Baş Prokurorluğu kollektivinə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından minnətdarlığımı bildirirəm.

Sonda hörmətli Baş prokuror Kamran Əliyevin 28 Dekabr – Vəkil Günü peşə bayramı münasibətilə keçirilmiş təntənəli andiçmə mərasimində səsləndirdiyi fikirləri xatırlatmaq istəyirəm: "Prokurorluq və vəkillik institutu bir-birinə çox yaxın institutlardır. Biz hamımız hüquqşünasıq. Belə görüşlər və təmaslar tez-tez olmalıdır. Bu, ədalət mühakiməsinin daha səmərəli olmasına xidmət edə bilər", - sədr paylaşımında bildirib.

Oxşar xəbərlər