Rusiyada yol qəzasında 7 nəfər öldü


  • 8 Yanvar 23:27

Rusiyanın Volqoqrad vilayətinin Mixaylovsk rayonu ərazisində federal R-22 avtomobil yolunda UAZ, VAZ və yarımqoşqulu yük avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində 7 nəfər həlak olub. Bildirilib ki, ölənlərin hamısı UAZ markalı avtomobildə olub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər