Azərbaycandan gön ixracına tətbiq edilən gömrük rüsumu 2 dəfə azaldılıb


  • 18:51

Azərbaycandan ixrac edilən gönlərə ( iribuynuzlu mal-qara və quzu gönləri, atlar fəsiləsi heyvanlarının) tətbiq edilən gömrük rüsumu 2 dəfə azaldılıb.

E-huquq.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Əgər 31 dekabr 2025-ci il tarixədək ölkədən ixrac edilən gönlərin hər 1000 kiloqramına 500 ABŞ dolları gömrük rüsumu tətbiq edilibsə, 1 yanvar 2026-cı ildən 31 dekabr 2026-cı ilədək tətbiq edilən gömrük rüsumu 250 ABŞ dolları olacaq.

Oxşar xəbərlər