- 21:44
Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzitə icazə verilsin.
E-huquq.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı səsləndirib.
Dövlətimizin başçısı deyib ki, biz de-fakto olaraq birtərəfli şəkildə dəhlizləri Ermənistan üçün açdıq. “Bəli, hazırda nəqliyyat Gürcüstan vasitəsilə həyata keçirilir. “Amma bir gün Ermənistandan birbaşa Azərbaycan vasitəsilə tranzit təmin ediləcək və o gün uzaqda deyil.