Hikmət Hacıyev və İran XİN başçısının müavini arasında görüş baş tutdu


  • 00:28

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İran İslam Respublikası Xarici İşlər Nazirinin müavini Vəhid Cəlalzadə arasında görüş baş tutub.

E-huquq.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi "X" hesabında paylaşım edib.

Görüş əsnasında iki ölkə arasında mövcud olan dərin tarixi-mədəni ortaqlıqlar və xalqlararası sarsılmaz bağlar məmnunluqla qeyd edilib.

Tərəflər bütün istiqamətlərdə əlaqələrin dərinləşdirilməsinə dair ortaq niyyətlərini yenidən ifadə edib.

Oxşar xəbərlər