2020-ci ilin tədris proqramına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kursantların bilik və bacarıqlarının artırılması məqsədilə zirehli texnikanın məşq qurğularında çalışmalar yerinə yetirilir.
Müdafiə Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, proqram təminatı vasitəsi ilə müxtəlif hava şəraiti və coğrafi xüsusiyyətlərin təqlid edildiyi atəş şəhərciyində kursantlar PDM-2 məşq qurğularında sürücülük üzrə praktiki vərdişlərini təkmilləşdirirlər.
