Məzmuna keç

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri AŞPA-da təmsil olunacacaq

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə üzv seçilib.

E-huquq.az xəbər verir ki, bununla da icma sədri AŞPA-da təmsil olunacacaq.

Eyni zamanda, T.Gəncəliyev Azərbaycan – Kanada parlamentlərarası işçi qrupuna rəhbərlik edəcək.

Qeyd edək ki, T.Gəncəliyev bu ilin fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat seçilib.

O, 2018-ci ilin dekabrın 20-də Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına rəhbərlik edir.