Azərbaycan Şərq Tərəfdaşlığı Proqramında iştirak etməklə bərabər, Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin inkişafına önəm verir və bu təşkilatın doqquz ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə dair sənədlər imzalamışdır.
E-huquq.az xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 27-də Litva prezidenti Qitanas Nausedanun təşəbbüsü ilə gerçəkləşən videobağlantı formatında danışıq zamanı deyib.
Dövlət başçısı bildirib ki, 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələri əhatə edir.
