Məzmuna keç

Prezident İlham Əliyevlə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti arasında videokonfrans keçirilib

Aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Suma Çakrabarti arasında videokonfrans keçirilib.

E-huquq.az xəbər verir ki, videokonfransda Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi və Azərbaycan tərəfindən İqtisadiyyat naziri, Avropa Yenidənqurma və İnkişaf Bankında Azərbaycandan müdir Mikayıl Cabbarov iştirak ediblər.