Məzmuna keç

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edildi

Kamran Əliyev Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Kamran Əliyev Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.