- 14:43
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Qlobal Su Operatorları Tərəfdaşlıqları Alyansı Assambleyasının (GWOPA) su sektorunda əməkdaşlığın genişləndirilməsi, operatorlar arasında həmrəyliyin gücləndirilməsi və dayanıqlı su idarəçiliyinin inkişafı məsələləri müzakirə olunur.
E-huquq.az xəbər verir ki, tədbir UN-Habitat/GWOPA və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşkilatçılığı ilə keçirilir.
Assambleya su operatorları arasında əməkdaşlığın 17 illik inkişaf dinamikasını dəyərləndirmək, mövcud və yeni tərəfdaşlarla təcrübə mübadiləsini genişləndirmək məqsədi daşıyır.