Tailandın kralı Prezident İlham Əliyevə məktubu göndərdi


  • 31 May 2020 13:23

Tailandın Kralı Maha Vaciralonqkorn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

E-huquq.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasına və xalqınıza inkişaf və firavanlıq arzulayıram".

Oxşar xəbərlər