Məzmuna keç

Prezident Ağdamda “N” saylı hərbi hissədə oldu

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub.

E-huquq.az-ın xəbərinə görə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev hərbi hissədəki şəraitlə tanış olub.