Məzmuna keç

Əli Hüseynli: “Bəzi şəxslər tarixi saxtalaşdırmağa cəhd edirlər”

“Son dövrlər o zaman vəzifədə olmuş şəxslər yeni gülünc, uydurma və dolaşıq açıqlamalar verməklə tarixi saxtalaşdırmağa cəhd edirlər”.

E-huquq.az-ın xəbərinə görə, bunu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli deyib.

Onun sözlərinə görə, əsl həqiqət isə ondan ibarətdir ki, 1993-cü ilin iyununda həm Gəncə hadisələrini törədənlər, həm də onun qarşısını antikonstitusion yolla almaq istəyənlər eyni dərəcədə məsuliyyət daşıyırlar.