Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri təxribat törədib, itki var


  • 12 İyul 2020 16:20

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyindən e-huquq.az-a bildirilib ki, hər iki tərəfdən itki var.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.

Oxşar xəbərlər