Mirzayev&Partners
    AzGranata
    TRY
    USD
    EUR
    RUB
    0,2340
    1,7000
    2,0120
    0,0232
AZ
RU

Baş Prokurorluq şəhidlərimizin ailələrinə başsağlığı verdi

Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib.

E-huquq.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun rəsmi "Facebook" və "Instaqram" sosial şəbəkələrində məlumat paylaşılıb:

"Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından iyulun 12-də Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətində növbəti hərbi təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçularının ailələrinə başsağlığı verir və səbr diləyirik.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızın igidliyi hər zaman Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır".

CoronaVirus