Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur - Müdafiə Nazirliyi


  • 13 İyul 2020 18:20

"Məlumat həqiqəti əks etdirmir. Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur".

Bunu e-huquq.az-a Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın feysbuk səhifəsində guya Azərbaycan Ordusunun Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi və yaralıların olmaması barədə məlumat yayılmışdı.

Oxşar xəbərlər