Məzmuna keç

Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə səfər etdi

Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov Türkiyəyə səfər edib.

Müdafiə Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, səfər çərçivəsində Ramiz Tahirov Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla görüşüb. Görüşdə Ermənistan silahlı qüvvələrinin sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat müzakirə olunub.