"Haqq-ədalət öz yerini tapır. Los Anceles polisi Konsulluğumuz qarşısında azərbaycanlılara qarşı olan hücum və təxribatlarla bağlı istintaq başladıb".
Bu sözləri e-huquq.az-a açıqlamasında ABŞ-dakı Millennial Siyasi Mərkəzin təsisçi üzvü Vüqar Şahbazlı deyib. O bildirib ki, baş verən hadisələrlə bağlı əlində faktlar, sübutlar olan şəxslərdən həmin materialların Qərbi Los Anceles Ağır Cinayətlər üzrə Əməliyyat İdarəsinə təqdim olunması tələb olunur (əlaqə telefonu: 310-444-1531; 800-222-8477). Eyni zamanda "lacrimestoppers.org" səhifəsindən sübutları email vasitəsilə göndərmək mümkündür.
"Fikirləşməyin ki, onlar cəza almayacaqlar və azadlıqdan məhrum olmayacaqlar. Ən azından azadlığa çıxmaq üçün külli miqdarda vəsait xərcləməli olacaqlar. Dünya erməniləri əsl iç üzünü göstərməyə başlayıb. Göstərdikləri reaksiya pərəkəndəiliyi, sistemsizliyi və narahatlığı nümayiş etdirir. O dərəcədə ki, etdikləri vəhşilikləri özləri videolara çəkib yayırlar. Bunlar hamısı əyani sübutdur. Hazırda, Xarici İşlər Nazirliyinə, səfirliklərimizə və konsulluqlarımıza düşən iş hüquqi müstəvidə cinayətkarların cəzalandırılmasını təmin etmək, bunun üçün həm yerli istintaqın fəal şəkildə işə cəlb etmək üçün lazım olan tədbirlər görməkdir. Dünya azərbaycanlıları ermənilərin onlara hücumu barəsində yerli hüquq-mühafizə orqanlarına şikayət etməlidir. Ermənilər hər ölkədə azərbaycanlılara qarşı törətdiyi cinayətlərə görə cəzasını almalı və yerli məhkəmələrin qərarları toplanaraq bir ümumi sənəd yaradılmalıdır ki, onların həmin hərəkətlərinə görə beynəlxalq hüquq müstəvisində necə cinayətkar millət olduğu sübut olunsun.
Ermənilərin Los Ancelesdə azərbaycanlılara vəhşicəsinə etdiyi hücum barəsində və bu işin şəxsi nəzarətlərinə götürülməsi üçün ABŞ Prezidenti və vitse-prezidentinə, ABŞ-ın Ədliyyə Nazirliyinə, Baş prokurorluğuna, Kaliforniya ştatının Baş prokuroruna, Amerika Vəkillər Kollegiyasının sədrinə, icraçı direktoruna və Kriminal hüquq üzrə Araşdırmalar Departamentinin rəhbərinə şikayət məktubları göndərmişik. Maksimum dərəcədə hücum anlarının videosunu, zədə almış azərbaycanlıların şəkilləri və sonda xəstəxanadan alacaqları tibbi arayışları bir yere toplamaq və yuxarıdakı şəxslərin e-mail ünvanına göndərmək və "Facebook" və "Twitter" rəsmi səhoifələrinin şərh bölməsində paylaşmaq lazımdır", – deyə V.Şahbazlı qeyd edib.
