Məzmuna keç

“Bir sıra dövlət və beynəlxalq təşkilatla danışıqlar aparılıb” –

“Dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışığımız olub. O, Ermənistanın törətdiyi təxribatı pisləyib və yanımızda olduğunu bildirib. Buna görə də qardaş ölkənin XİN başçısına təşəkkür edirəm".

E-huquq.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bir sıra dövlət və beynəlxalq təşkilatla da danışıqlar aparılıb: "Bütün danışıqlarda məsələnin mahiyyəti və mövcud durum barədə məlumat verilib. Azərbaycanın 20 faiz ərazisi hələ də işğal altındadır. Həmin ərazilərdə bir nəfər də olsun azərbayacanlı yoxdur. Həmin ərazilərdə qeyri-qanuni fəaliyyət və məskunlaşma aparılıb. Ermənistan danışıqlar prosesini iflic edib".