Məzmuna keç

Ermənistan Ordubada raket zərbəsi endirdi

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.

Bu barədə e-huquq.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.