Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub


  • 20 Oktyabr 2020 10:44

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və onun pakistanlı həmkarı Şah Mahmud Qureyşi arasında telefon danışığı olub.

E-huquq.az-ın xəbərinə görə, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee "Twitter" səhifəsində bildirib.

Xarici İşlər nazirləri iki ölkə arasında mövcud münasibətləri, qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Oxşar xəbərlər