Məzmuna keç

Millət vəkili: “Mülki obyektlərin və mülki əhalinin atəşə tutulması beynəlxalq konvensiyaların kobud pozuntusudur”

"Ermənistanın mülki obyektləri və mülki əhalini atəşə tutması beynəlxalq konvensiyaların kobud pozuntusudur".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Kamal Cəfərov deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin bu addımı dördüncü Cenevrə konvensiyasınin birinci əlavə protokulun pozuntularıdır.

Deputat bildirib ki, eyni zamanda Haaqa konvensiyasında müharibənin aparılma qaydaları öz əksini tapır: "Düşünürəm ki, Ermənistanın bu hərbi cinayətləri müəyyən formada Beynəlxalq Cinayət Məhkəməsinin predmeti ola bilər. Düzdür, Ermənistan bu məhkəməyə üzv deyil, amma BMT-nin Təhlükəsizlik Şurası bu məsələni Beynəlxalq Cinayət Məhkəməsinə yönəldə bilər".

Sevgül Qasımzadə