Məzmuna keç

Azərbaycan əsgəri ermənilər kimi uşaq qatili ola bilməz –

"Özlərini insan haqları carçısı elan edən təşkilatların susqunluğu erməni terroristlərini daha da ruhlandırır".

E-huquq.az-ın məlumatına görə, bunu millət vəkili Nəsib Məhəməliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonunu növbəti dəfə xaincəsinə atəşə tutması barədə danışarkən deyib.

Deputat xatırladıb ki, mülki əhaliyə qarşı tətbiqi qadağan olunmuş kasset bombalı “Smerç” raketlərinin atəşi nəticəsində 1-i uşaq olmaqla, 4 nəfər həlak olub,13 nəfər yaralanıb: "Özlərini insan haqları carçısı elan edən təşkilatların susqunluğu erməni terroristlərini daha da ruhlandırır. Etiraz etməmələri bir yana, əksinə sürətlə terrorçuları silahlandırmaqda davam edirlər. Öz terrorçularıdır, onlara olar. Allah eləməmiş, əgər bizim ordu səhvən belə bir iş görsəydi, bütün dünya üzərimizə qalxmışdı. Müasir dünyanın reallığı belədir. Müzəffər Azərbaycan Ordusu öz sözünü döyüş meydanında deyəcək. Azərbaycan əsgəri ermənilər kimi uşaq qatili ola bilməz. Allah şəhidlərimizə rəhmət eləsin!"